Türkiyə ordusu terrorçuları "EŞŞƏK ARISI" ilə məhv etdi -VİDEO
10:47 19 Noyabr 2018
Türkiyə Silahlı Qüvvələrinin “Xəncər 2 “ hərbi əməliyyatı çərçivəsində 18 PKK terrorçusunu Cudi dağında inanılmaz fəndlərlə məhv etdiyi ortaya çıxıb.
Femida.az xəbər verir ki, 504 saatlıq müşahidə və təqibdən sonra gerçəkləşən əməliyyat nəticəsində 3-ü ali səviyyəli olmaqla, 18 terrorçu “eşşək arısı” adı verilən mini dron vasitəsilə zərərsizləşdirilib.
Belə ki, Qabar bölgəsində öldürülən terrorçuların rəqəmsal materialları deşifrə edilib. Elektromaqnit dalğaları vasitəsilə işləyən telefonlardan göndərilən şifrəli mesajlar açılıb. Bir qrup terrorçunun PKK telekanalına verdiyi müsahibənin fotolarındakı yerlər təsbit edilib. Kosmik peyklər vasitəsilə həmin yerlərin koordinatları çıxarılıb və “eşşək arısı” adı verilən mini dronlarla bölgə blokada altına alınıb. Beləcə, 103 türk əsgərini şəhid edən terrorçular toplu şəkildə öldürülüb.
Qeyd edək ki, “Xəncər 2” əməliyyatına 11 oktaybrda start verilib və 2 noyabrda başa çatıb.
Oxunub: 6435
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib