Məşhur futbolçu həbs edildi


00:10     14 Oktyabr 2015 sisse.jpg


Fransada 4 futbolçu həbs olunub. Femida.az xəbər verir ki, milli komandanın sabiq üzvü Cibril Sisse və daha 3 futbolçu həbs olunub.

Buna futbolçuların "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı intim videogörüntü ilə şantaj etmələri səbəb olub. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Sissenin vəkili bildirib ki, o günahsızdır və yaxında azadlığa buraxılacaq.

Qeyd edək ki, 2002-2011-ci illərdə Fransa millisinin şərəfini qoruyan Sisse keçirdiyi 41 oyunda 9 qol vurub.

Açar sözlər:

Oxunub: 1010