Amaliya Pənahovanın bu vəzifəsi qızına verildi
11:55 19 Noyabr 2018
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru vəzifəsinə onun qızı Aynur Muxtarova gətirilib.
Femida.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Bələdiyyə Teatrının truppa müdiri Zemfira Babayeva məlumat verib.
Qeyd edək ki, A.Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.
Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.
Femida.az
Oxunub: 1190