Bakıda güllələnərək öldürülən "avtoş" ki̇mdi̇r? – VİDEO
11:58 19 Noyabr 2018
Bakıda öldürülən məşhur "avtoş”un fotoları yayılıb.
Noyabrın 17-si günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində güllələnən "avtoş” Cabirin fotoları yayılıb.
Femida.az xəbər verir ki, "Avtoş 012” ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi.
Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində «Cabir-012» ləqəbilə tanınan «avtoş» Cabirə məxsus olub.
Qeyd edək ki, Şüvəlan qəsəbə sakini 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.
Hadisədən sonra V.Şərifov polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.(a24.az)
Femida.az
Oxunub: 5781
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib