Qaşıqçını belə parçaladılar - ŞOK GÖRÜNTÜLƏR


12:33     19 Noyabr 2018 2018/11/46415-4627324572_1542616451.jpg



Femida.az xəbər verir ki,sosial şəbəkələrdə səudiyyəli jurnalist Camal Kaşoqinə aid olduğu iddia edilən fotolar yayılıb. Bildirilir ki, həmin kadrlar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalistin cəsədinin hissələrə parçalanması zamanı lentə alınıb.



Azvision.az sosial mediada rezonans doğuran görüntülərlə bağlı araşdırma aparıb. Məlum olub ki, Kaşoqinə aid olduğu deyilən şəkillər əslində "Canal+" telekanalının Fransa istehsalı olan "Basqın" (Braquo) adlı polis drama serialının 4-cü sezonunun 5-ci seriasından kadrlardandır.



Seralda həmin kadrlar qaçırılan şəxsin Fransada ərəblər tərəfindən doğranılmasına həsr olunub. Maraqlıdır ki, cinayətkarlar qətl zamanı ara-sıra türk sözlərindən də istifadə edirlər.

Səudiyyəli jurnalistin konsulluqda öldürülməsi, daha sonra onun cəsədinin elektrik mişarı ilə hissələrə ayrılması serialın ssenarisi ilə uyğunluq təşkil edir. Tədqim etdiyimiz videodan görünür ki, Kaşoqi seralda olduğu kimi qətlə yetirilib.



Açar sözlər: #kaşıkçı   #Qətl   #video  

Oxunub: 8997