ABŞ-da avtobus gülləbaran edildi


14:15     15 May 2015 abş-daavtobus.jpg

ABŞ-ın Florida ştatında polis Ceksonvill şəhərində məktəb avtobusunu atəşə tutmuş iki yeniyetmə barəsində axtarış elan edib.


Femida.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki məktəbli qız güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Şahidlərin ifadələrinə əsasən, avtobusa yaxınlaşan iki qaradərili yeniyetmə üzərilərində olan tapançaları çıxararaq atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar. Polis baş vermiş rayonu nəzarətə alıb, yeniyetmələr barəsində axtarış elan edilib.

Açar sözlər:

Oxunub: 637