Bakıdan Küveytə müntəzəm uçuşlar başladı


12:59     19 Noyabr 2018 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg


Dekabrın 22-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Femida.az-a aviaşirkətdən verilən məlumata görə, J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.

Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yerinə yetirirdi.

Femida.az

Açar sözlər: #Bakı   #Küveyt   #AZAL  

Oxunub: 336