3 piyada yolda can verdi - Bir gündə


14:16     19 Noyabr 2018 piyada8.jpg

Noyabrın 17-də saat 3 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elman Salehov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

DİN-dən Femida.az-a verilən xəbərə görə, noyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Şabran rayon sakini Nazim Həmidov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Arif Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa noyabrın 17-də saat 19 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Qovlar şəhər sakini Vüsal Ələkbərov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən kənd sakini Cəmil Əmiraslanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 358