Afrində növbəti əməliyyat başladı - TƏCİLİ


14:19     19 Noyabr 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.


Femida.az-ın məlumatına görə, əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.

Qeyd edək ki, sosial şəbəkələrdə Afrin əməliyyatı zamanı terrorçuların gizləndiyi mağaradan çıxarılmasının görüntüləri yayılıb.




Femida.az

Açar sözlər: #Afrin   #Əməliyyat  

Oxunub: 1402