Daha bir dövlət qurumu təqdim olundu


15:53     19 Noyabr 2018 2018/11/_EG10950_3085257206.jpg


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimat mərasimi keçirilib.

Femida.az xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı əsasında yaradıldığını bildirib:

"Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrların bir araya gəldiyini deyən şöbə müdiri yeni qurumun aqrar sahənin “beyin mərkəzi” rolunu oynayacağına ümidvaram".

Mərkəzin direktoru Pərviz Hacıyev bildirib ki, Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Bundan başqa ATM əməkdaşları dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər. Pərviz Hacıyev Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən elektron kənd təsərrüfat informasiya sisteminin hazırlanması artıq başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, bu sistemin yaradılması aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 697