Kreml Putinin böyük mətbuat konfransını anons etdi


18:12     19 Noyabr 2018 putin9.jpg

Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabr ayında baş tutacaq.


Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Mətbuat konfransı ənənəvi olaraq dekabrda keçiriləcək. Format saxlanılacaq”, - Peskov bildirib.

Qeyd edək ki, Vladimir Putinin illik mətbuat konfransı 2001-ci ildən keçirilir. Bu il keçiriləcək mətbuat konfransı sayca 14-cü olacaq.

Bu tip tədbir yalnız Putinin baş nazir olduğu illərdə keçirilməyib.

Açar sözlər:

Oxunub: 370