Avtomagistralda piyada vuruldu - Böyük tıxac yarandı


20:43     19 Noyabr 2018 2018/07/baki-sumqayit_1533015222.jpg

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində baş verib. 02-BK-603 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt istiqamətində hərəkətdə olarkən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yol polisləri cəlb olunub.
Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 387


Oxşar xəbərlər