Paytaxtda yaşayış binasında yanğın olub


08:35     20 Noyabr 2018 yangin_38673636.jpg

Paytaxtda yanğın hadisəsi baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavan və əşyalar 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 250