74 yol kəsişməsində sarı tor çəkiləcək
08:54 20 Noyabr 2018
Bakıda 74 yol kəsişməsində sarı tor yol nişanı çəkiləcək.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O, bildirib ki, paytaxtın Bakıxanov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində tıxacların aradan qaldırılması üçün çəkilmiş sarı tor müsbət nəticə verib: "Əslində sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub. Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır".
Agentlik rəsmisinin sözlərinə görə, bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək: "Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək. Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmədiyindən cərimə olunan nəqliyyat vasitələrinin statistik məlumatları bizdə yoxdur. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir".
Femida.az
Oxunub: 371
Oxşar xəbərlər
- 74 yeni yoluxma - 3 ölüm
- 748 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib
- 744 obyektdə sanitar qaydalar pozulub
- Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək
- 74 yaşlı kişi küçədə infaktdan öldü
- 74 500 ədəd aksiz markası keçirmək istədi, tutuldu
- 74 Azərbaycan vətəndaşı Rusiya ali hərbi məktəblərinə qəbul olunacaq
- 74 yaşlı kişi itkin düşdü
- 74 yaşlı qadın yanaraq öldü - Faciə
- 74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib - Fotolar (VİDEO)