Qarşısına inək çıxan "Jiquli" qəza törətdi - YARALI VAR


09:07     20 Noyabr 2018 2018/11/BE2495EA-0986-4914-8ABA-782FB07B0F71_1542690388.jpeg

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Dayıkənd kəndi ərazisində "Jiquli" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.

Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 524


Oxşar xəbərlər