Vasif Talıbov iməclikdə
09:31 20 Noyabr 2018
Naxçıvanda Uzunoba Su Anbarının ətrafında iməclik keçirilib.
Femida.az xəbər verir ki, NMR-nın Ali Məclisinin sədri Vasif Talıbovun da qatıldığı iməclikdə Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri iştirak ediblər. Kollektivlər 4,5 hektar sahədə meyvə bağı salıblar. Əraziyə 3300 ədəd tut, badam, ərik, alma, iydə və üzüm tingi əkilib, sumaq, həmərsin, yemişan və badamça toxumları basdırılıb.
Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.
Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Vasif Talıbov İran nümayəndə heyəti ilə görüşdü
- Vasif Talıbov İran XİN başçısı ilə görüşüb
- Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi
- Vasif Talıbovdan yeni təyinat
- Vasif Talıbov İran səfiri ilə görüşdü
- Vasif Talıbov onları təltif etdi
- Vasif Talıbov prioritetləri açıqladı
- Vasif Talıbov banklarla bağlı tapşırıqlar verdi
- Vasif Talıbov Maliyyə nazirini işdən çıxardı
- Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olub