Toyda qidadan zəhərləndi


11:16     20 Noyabr 2018 zeherlendi.jpg

Şəki rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.



Femida.az Report-a istinadən xəbər verir ki, noyabrın 19-dan 20-ə keçən gecə rayonun Öyrət kənd sakini, 1961-ci il təvəllüdlü Gülxanım Ziyəddin qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı G.İsmayılovanın noyabrın 19-u axşam saatlarında iştirak etdiyi toy məclisində qidadan zəhərləndiyi məlum olub. G.İsmayılovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bundan əvvəl Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 442