Qıza təyyarə sürməyi öyrədirdi - Canlarından oldular


11:40     20 Noyabr 2018 2018/11/5bf2bc40b699de2f18e9dd95_1542699656.jpg

Türkiyənin Dənizli əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü məlum olub.


Femida.az xəbər verir ki, bunu əyalətin valisi Hasan Karahan bildirib.

Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub. Onların meyitləri təyyarənin qalıqları altından çıxarılıb.

Qeyd edək ki, noyabrın 19-da Dənizlidə təlim təyyarəsi qəzaya uğrayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 831