Kəmaləddin Heydərov partlayış baş verən binada - FOTOLAR

Kəmaləddin Heydərov partlayış baş verən binada - FOTOLAR


11:40     20 Noyabr 2018 18_11_20_1542699696.jpg


Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər.

Bu haqda Femida.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​

Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.







Femida.az

Açar sözlər: #Gəncə   #FHN   #nazir   #partlayış   #bina   #Kəmaləddin_Heydərov  

Oxunub: 589