Gəncədəki partlayışda ölənlərin sayı artdı - Ana və oğlunun meyiti çıxarılıb
12:03 20 Noyabr 2018
Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.
Bu barədə Femida.az FHN-ə istinadən xəbər verir.
Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Femida.az
Oxunub: 1253