Dəm qazı gəncin həyatına son qoydu: İşdən gəlib, hamama girdi…
12:48 20 Noyabr 2018
Bakının Binəqədi rayonunda 20 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib.
Femida.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində baş verib.
Belə ki, 20 yaşlı Mütəllimov Namiq Fərhad oğlu dünən işdən evə gəlib, yuyunmaq üçün hamama daxil olub. Üzərindən bir neçə saat keçdikdən sonra ailəsi onun hamamdan gec çıxdığını görüb, qapını açıblar. N.Mütəllimov vanna otağında huşsuz vəziyyətdə uzandığına görə ailəsi təcili yardıma zəng edib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, N.Mütəllimov hamam otağında quraşdırılan qazla işləyən qızdırıcı sobada dəm qazının sızması nəticəsində dünyasın dəyişib.
Qeyd edək ki, əslən Şamaxı rayonundan olan 20 yaşlı Mütəlimov Namiq Fərhad oğlu özündən kiçik bir qardaşı və bir bacısı var.
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Dəməşqdə hərbçiləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var
- Dəmir yolunda məhdudiyyətlər tətbiq edilib
- Dəmir yolundan oğurluq edən şəxslər saxlanıldı
- Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu
- Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
- Dəmir yolu işçiləri və energetiklər də təltif edildi
- Dəmir yol təmirçisi faciəvi şəkildə öldü
- Dəmir yollarından oğurluq edilib
- Dəmir yolu stansiyasında partladıcılar tapılıb
- Dəmiryolu vağzalının qarşısında ölüm hadisəsi baş verib