Ermənilər bəhanə axtarır - Kilsələri məhv olurmuş


15:30     20 Noyabr 2018 18_11_20_1542713644.jpg


Tarix boyu türk abidələrini dağıtmaqla məşğul olan ermənilər Türkiyənin Elazığ şəhərində yarı xaraba halda olan erməni protestant kilsəsinin tamamilə yox olmasından narahatdırlar.

Femida.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. 1904-1907-ci illərdə inşa edilmiş kilsə torpaqlarının hazırki sahibi Süleyman Türker kilsənin bərpası üçün maddi vəsaiti olmadığını bildirib:

“Kilsəni bərpa etmək üçün iqtisadi gücümüz yoxdur. Tarixi işlərin bərpası əl ilə aparıldığı üçün ciddi miqdarda pul tələb edilir. Son illərdə bir layihə hazırlamışdıq. Otel tikəcəkdik. Lazımi icazələr verildi, amma sonra büdcə çatmadı. Kilsəni təmir etmək üçün 2 milyon dollar lazımdır. Çünki daşları tək-tək təmir etməlisən. İnşa edilən zaman istifadə olunan kərpic üçün xüsusi maye hazırlamalısan. Buranı konfrans mərkəzi, yaxud sərgi salonu da edə bilərlər”.

Qeyd edək ki, ermənilər bunu qabartmaqla Türkiyədə onların abidələrinə qarşı tolerant davranılmadığını gösrətmək istəyir. Lakin əsas məqsəd Türkiyədəki lobbini gücləndirmək, beynəlxalq təşkilatları yanlış informasiyaya kökləməkdir.

Kilsə və ətrafı hazırda avtomobil parkı kimi istifadə olunur. Ərazisi 500 kvadrat metrdir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #kilsə   #erməni   #Türkiyə   #park   #Elazığ  

Oxunub: 678