Bakıda bu marşrutun fəaliyyəti dayandırılır


15:41     20 Noyabr 2018 bna5.jpg

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Femida.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 446