Cibindən 3 giliz, 1 güllə çıxdı


15:53     20 Noyabr 2018 2018/11/46641-1542711972_1542714865.jpg

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.

Yoxlama zamanı isə, gödəkçənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 599


Oxşar xəbərlər