Binəqədidə yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı
16:48 20 Noyabr 2018
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa çıxıb.
Femida.az xəbər verir ki, N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Onun həbs müddəti başa çatıb.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə iş üzrə digər təqsirləndirilənlər – Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4 il, Uğur Bəşirov 5 il, Qəzənfər Novruzov və Ədalət Rəcəbov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Binəqədidə yol qəzası olub, xəsarət alan var
- Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib
- Binəqədidə 36 yaşlı kişini avtomobil vurub
- Binəqədidə gənc oğlanı avtomobil vurub
- Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib
- Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
- Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib
- Binəqədidə yolu keçən 8 yaşlı uşağı avtomobil vurub
- Binəqədidə avtomobil 46 yaşlı qadını vurub