Paytaxta gətirilən 2,5 ton ət məhv edildi

Paytaxta gətirilən 2,5 ton ət məhv edildi


17:15     20 Noyabr 2018 2018/11/46488-1542718353_1542719754.jpg

Ekologiya Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib.


AQTA-dan Femida.az-a verilən xəbərə görə, malların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilən ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilib.

Bununla əlaqədar olaraq, hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 191