"38 min vətəndaşın pensiyası 48 faiz artacaq" - Nazir
17:27 20 Noyabr 2018

Pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilib.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, qanun layihəsi ilk oxunuşa verilib:
"Bu Prezident İlham Əliyev tərəfindən vətəndaşlara xidmət üçün atılmış bir addımdır, böyük təşəbbüsdür. Sistem dekabrın 15-dən işə düşəcək. Hələ ki, test rejimində işləyəcək. Pensiya yaşına çatmış vətəndaşa ad günündə sms gələcək".
S.Babayev qeyd edib ki, 2019-2020-ci ildən pensiya çıxan şəxslərlə bağlı 2006-ci ildən əvvəlki dövr üzrə hər kəsə 25 il staj təqdim olunmasına dair qərar verilib. Onların pensiyası 35 faiz artacaq:
"38 min vətəndaşın pensiyası 48 faiz artacaq. Azərbaycan vətəndaşının mənasız süründürməçiliyinin qarşısı alınacaq. Bu böyük bir sosial addımdır. Layihənin xərcini Azərbaycan dövləti öz üzərinə götürəcək".
Femida.az
Oxunub: 999