Sədr məcburi köçkünlərlə görüşdü - Şöbələrə tapşırıq verdi
18:04 20 Noyabr 2018
Noyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Femida.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbulda iştirak edib.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, məşğulluq və digər məsələlərlə əlaqəli olub. Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun təmin edilməsini daim diqqətdə saxlayır. Bunun nəticəsidir ki, məcburi köçkünlərlə bağlı məsələ ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıq verib və onun icrasına şəxsən nəzarət edir.
Qəbulda iştirak edən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.
Komitə sədri qəbula gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı şöbə və departamentlərə tapşırıq verilib.
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- Aİ Ukraynadan olan qaçqınlar üçün 17 milyard avro ayırır
- Rusiya ordusu qaçqınların olduğu avtobusu atəşə tutub
- BMT: Ukraynalı qaçqınların sayı 1,5 milyonu ötüb
- Ukraynadan olan qaçqınlar Avropada üç ilə qədər qala biləcəklər
- Avropa Məhkəməsinin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub
- İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
- ABŞ xəstəliyə görə əfqan qaçqınların qəbulunu dayandırdı
- “Qaçqınkom”dakı pozuntular aşkarlanıb - Baş Prokurorluq araşdıracaq
- "Qaçqınkom" sədri Almaniya səfiri ilə məcburi köçkünlərin qayıdışını müzakirə edib