Nazirə sözün var? - Qəbul keçiriləcək


18:17     20 Noyabr 2018 2018/04/inam-kerimov-(1)_1524319203.jpg


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 24 noyabr 2018-ci il tarixdə, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Femida.az xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Femida.az

Açar sözlər: kənd   nazir  

Oxunub: 452