1,5 milyon əcnəbiyə Rusiyaya giriş qadağası


02:22     14 Oktyabr 2015 ecnebi.jpg

Ukrayna böhranı, qərbin sanksiyaları, neftin qiymətinin ucuzlaşması, rus rublunun dəyərdən düşməsi kimi səbəblərdən, miqrantlar üçün əvvəlki cazibədarlığı qalmayan Rusiyada bir yandan da miqrantlara qarşı qanunlar sərtləşdirilir.


1 milyon 500 min əcnəbiyə Rusiyaya giriş qadağası qoyulub ki, bunlar arasında təsadüfən qara siyahıya adı düşən həmvətənlərimiz də az deyil. Bu il Rusiyadan deportasiya edilən miqrantların sayı da keçən illə müqayisədə 8.4 faiz artıb. Müxtəlif inzibati cəzalar səbəbindən 1 milyon yarim əcnəbiyə 3 ildən 10 il müddətinədək Rusiyaya giriş qadağası qoyulub ki, bunlardan 500 nəfərə bu cəza ömürlük kəsilib. Ölkəyə girişi qadağan edilənlər arasında təsadüfən bu siyahıya düşən həmvətənlərimiz da az deyil.

Azərbaycanlı tələbə Kənan Hüseynov ANS PRESS-ə bildirib ki, yay tətilində Azərbaycana dincəlməyə gəlib. Bir ay sonra geri qayıtdığında isə Moskvada daimi qeydiyyatı olduğu halda sərhədçilər onu ölkəyə buraxmayıblar:" Vəkil tutub məhkəməyə müraciət etməli oldum. Adımın kompyüter xətası nəticəsində qara siyahıya salındığı ortaya çıxdı və bu qərar ləğv edildi. Ancaq arada mənim pulum və vaxtım getdi, üstəlik imtahana da gecikdim." Hüquq müdafiəçiləri də azərbaycanlı tələbənin başına gələn hadisənin artıq adi hal olduğunu etiraf ediblər.Hüquq müdafiəçisi Aleksandr Brod, miqrantların Rusiyaya geri qayıda bilməmələri ilə bağlı problemin getdikcə böyüdüyünü,bunun başlıca səbəblərinin isə qanun pozuntusu hallarının düzgün dəyərləndirilməməsində və əksər hallarda isə kompyüter xətalarının baş verməsində görür.

Hətta Moskva şəhər məhkəməsinin sədri belə etiraf edir ki, məhkəmələr bununla bağlı şikayətlərlə doludur. Ekspertlər də qara siyahının hazırlanmasında ciddi xətalara yol verildiyini və bu sistemin təcili, köklü dəyişikliyə ehtiyacı olduğunu bildiriblər:"Əgər bir əcnəbi küçədə xuliqanlıq və ya oğurluq edərsə, bunların ölkəyə girişinə qadağa qoyulmalıdır. Ancaq hansısa kağızı vaxtında və düz doldurmayıbsa, buna görə onların qara siyahıya salınması doğru deyil. Dövlət qurumlarımız mütləq bunu nəzərə almalı və giriş qadağası qoyarkən qanun pozuntularının nədən ibarət olduğuna diqqət etməlidir.``

2015-ci ilin əvvəlindən Rusiyaya 10.6 milyon xarici vətəndaş gəlib. 106 min Azərbaycan vətəndaşının ötən il Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olması üçün patent aldığı açıqlansa da Rusiyadakı azərbaycanlıların ümumi sayının keçən illə müqayisədə 50 min nəfər azalaraq, 550 minə düşdüyü təxmin edilir. (Ans)

Açar sözlər:

Oxunub: 1059


Oxşar xəbərlər