Vüsal Hüseynov iclas keçirdi
18:25 20 Noyabr 2018
Tədbirdə işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi İdarəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri iştirak ediblər.
Femida.az xəbər verir ki, işçi qrupunun fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2014-cü il sentyabrın 1-dən qüvvəyə minmiş readmissiya haqqında Sazişin ötən dövr ərzində icrası barədə ətraflı məlumat verib. Bildirib ki, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan işçi qrupunun üzərinə böyük vəzifələr düşür.
Xidmət rəisi respublikaya readmissiya edilmiş ölkə vətəndaşları arasında yardıma ehtiyacı olanlara müvafiq köməkliyin göstərilməsinin, onların səmərəli reinteqrasiyasının təşkilinin, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. Həmçinin ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən görülümüş işləri diqqətə çatdırıb.
Sonra müvafiq dövlət qurumları tərəfindən reinteqrasiya ilə bağlı görülmüş işlərə dair ümumi müzakirələr və bu istiqamətdə qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən yaradılan reinteqrasiya işçi qrupuna Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri daxildir. Dövlət Miqrasiya Xidməti işçi qrupda əlaqələndirici qurum qismində çıxış edir.
Femida.az
Oxunub: 585
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX: Bəzi əcnəbilər qanunun tələblərini pozurlar
- DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü