Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdilər, "Vinçester"lə vurub öldürdülər


18:33     20 Noyabr 2018 toyda%20kuteli%20dava1.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zakir Əlizadə, onun oğlu Tural Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror T.Əlizadənin 18 il, Z.Əlizadənin 19 və B.Quliyevin isə 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

İttihama görə, Abşeron rayonunun Qobu qəsəbəsində 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlu ilə 25 yaşlı Tural Zakir oğlu Əlizadə kafedə mübahisə edib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb.

Daha sonra o, R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

Qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 563