Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
18:54 20 Noyabr 2018
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 21-də Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edəcək.
Femida.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları barədə və s. məsələlərə baxılacaq.
Daimi komitənin yığıncağında "Bərabərlik və qeyri-diskriminasiya" mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq.
Səfər noyabrın 24-də başa çatacaq.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)