Bakıda və Abşeronda oğurluq edənlər saxlanılıb


19:07     20 Noyabr 2018 ogurluq.jpg

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıblar.

DİN Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən E.İsayevin digər analoji əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “VAZ-2107” markalı avtomobildən səsgücləndirici və 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən pul, parfümeriya və gümüş əşyaları oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1031