Bakının mənzil bazarında bahalaşma var
20:30 20 Noyabr 2018
2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib.
Femida.az xəbər verir ki, bBunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.
Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.
N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:
“Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.
Oxunub: 445
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib