Füzulidə 15 mina aşkarlanıb
22:21 20 Noyabr 2018
Noyabrın 20-də 1994-cü ildə Ermənistanın işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyat zamanı sahədə yerləşən iki su quyusuna baxış keçirilib.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, baxış zamanı agentliyin minaaxtaranları tərəfindən 15 ədəd OZM-72 piyada əleyhinə mina, 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və bir ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
İndiyədək 266 min 701 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, üç ədəd partlamamış hərbi sursat (iki ədəd 60 millimetrlik minaatan mərmi və bir ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (bir ədəd TM-57 tank əleyhinə mina, bir ədəd TM-62P tank əleyhinə mina, 18 ədəd OZM-72 piyada əleyhinə mina və bir ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkarlanıb.
Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb