Tovuzda avtomobil qəzası olub, ölən var


22:23     20 Noyabr 2018 big_1405422456_qeza.jpg

Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Femida.az "Report"a istinadən bildirir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 399