Payız tətili başa çatdı - Məktəblilər üçün


09:07     21 Noyabr 2018 mektebliler_015.jpg


Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə verilən payız tətili başa çatıb.

Femida.az xəbər verir ki, tətil noyabrın 16-dan 21-dək davam edib.

Tədris ilinin 5 günlük qış tətili gələn ilin yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Femida.az

Açar sözlər: #məktəb   #təhsil   #payız   #tətil   #şagird  

Oxunub: 649