Millimiz böyük hesabla uduzdu - Qrupda qaldı


09:13     21 Noyabr 2018 2018/11/milli_1542777137.jpg


Ötən gecə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Femida.az xəbər verir ki, D liqasında mübarizə aparan futbol üzrə milli komandamız da son oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Kosovo ilə üz-üzə gəlib. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilirdi. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməli idi Ancaq rəqibinə 0:4 hesabı ilə uduzan millimiz 9 xalla qrupda qalıb.

Rəqibin qollarına, A. Zeneli (2, 50, 77) və A. Rrahmani (61) imza atıb.

Matçdan sonra milli komandamızın baş məşqçisi Qurban qurbanov bunları deyib:

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət də gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə vurdular, o da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Onlara uğurlar arzulayıram".

Açar sözlər: #futbol   #milli   #UEFA  

Oxunub: 445