Əqli mülkiyyətinizə patent verilmir? - Apellyasiya şurasına müraciət edə bilərsiz (RÜSUMLAR)

Əqli mülkiyyətinizə patent verilmir? - Apellyasiya şurasına müraciət edə bilərsiz (RÜSUMLAR)


11:01     21 Noyabr 2018 18_11_21_1542784049.jpg


Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası fəaliyyətə başlayıb.

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri Əqli Mülkiyyət Agentliyinə verilib.

Femida.az xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə yeni Apellyasiya şurası yaradılıb. Hazırda Apellyasiya şurasının tərkibi formalaşıb, ərizə və etirazların qəbuluna başlanıb. Apellyasiya şurasına ərizə və etiraz üzrə materiallar 2 nüsxədə təqdim olunur. Etiraza müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır. Etirazla birlikdə müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim olunmadıqda, etiraz verilməmiş sayılır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

18.11. apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.

18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün - 25 manat.
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 20 manat.

18.34. Apellyasiya komissiyasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 150 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün - 120 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün - 40 manat.

Dövlət rüsumu aşağıdakı rekvizitlər üzrə ödənilməlidir:



Amin Nəzərli

Femida.az

Açar sözlər: #əqli_mülkiyyət   #patent   #qanun   #hüquq   #rüsum  

Oxunub: 495