Azərbaycanlı qız türk oğlana görə özünü 14-cü mərtəbədən atdı
12:52 21 Noyabr 2018
Noyabrın 16-da Bakıda qızın intihara əl atmasının səbəbləri məlum olub.
Femida.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb.
Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb.
İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb.
Hadisənin şahidləri hündürdən düşən qızın cəsədinin hissələrə parçalandığını bildiriblər.
O da məlum olub ki, qızın tanışları bu barədə sözügedən Türkiyə vətəndaşına xəbər veriblər. O isə dərin təəssüf hissi keçirdiyini, belə bir hadisənin baş verəcəyini ağlına belə gətirmədiyini deyib.
Faktla bağlı araşdırma davam edir.
Femida.az
Oxunub: 1415
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib