Ramiz Mehdiyev və Fuad Ələsgərov Moskvada MDB-nin tədbirində - FOTOLAR
14:06 21 Noyabr 2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir.
İclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edir. Təhlükəsizlik şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə edirlər. Görüşün gündəliyinə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil edilib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki, gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir. N.Patruşev vurğulayıb ki, 2017-ci ildə belə bir görüş keçiriləndən bəri MDB ölkələri Əfqanıstan-Pakistan sərhədində və Yaxın Şərqdə “İslam dövləti”, “Əl-Qaidə” və onlarla affilə edilmiş strukturlar ətrafında yaranmış vəziyyət barədə analitik informasiya mübadiləsi aparıblar.
Mərkəzi Asiyada regional tərəfdaşlıq mövzusunun müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurası məkanında MDB xarici işlər nazirlərinin görüşləri keçirilib. Antiterroryönümlü komanda-qərargah və praktiki təlimlərin gedişində beynəlxalq terror təşkilatları üzvlərinin fəaliyyətinin qarşısını almaq üzrə birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdirilir. Görüşdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının, nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.
Femida.az
Oxunub: 751
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- Ramiz Mehdiyev istefa verib
- Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- Ramiz Göyüşov YAP-dan çıxarılıb
- Ramiz Əzizbəyli vəfat edib
- Ramiz Məmmədov vəfat edib
- Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi - Səfir təyin edildi
- Ramiz Məmmədov sabah dəfn ediləcək
- Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib