Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub


14:19     21 Noyabr 2018 2018/11/dd12c9a0-35d9-4c82-bfa3-fb5c73cffba5_1542795615.jpg

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov Mərkəzin direktor müavini təyin edilib.


Bu barədə Femida.az-a KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 1045