Nazirdən rejissor-direktor qalmaqalına MÜNASİBƏT: "Müdaxilə etmək istəməzdik"


15:16     21 Noyabr 2018 18_11_21_1542799519.jpg


Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli tam orta məktəbin direktoru ilə aktyor-rejissor Rza Rzayev arasındakı insidentə münasibət bildirib.

Femida.az-ın məlumatına görə, jurnalistlər üçün keçirilən mətbuat konfransında nazir bildirib ki, istənilən halda belə hərəkətlərin edilməsi qəbuledilməz bir haldır:

"Azərbaycan cəmiyyətində müəllimə həmişə böyük hörmət və rəğbət edilib. Müəllimlər cəmiyyətdə ən hörmətli adamlardandır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məşğul olurlar. Biz müdaxilə etmək istəməzdik".

Xatırladaq ki, Rza Rzayev 175 nömrəli məktəbdə işləyən bacısı Zeynəb Rzayevanın işdən azad edilməsi ilə bağlı Bakı Şəhər Təhsil İdarəsini, eyni zamanda Rzayevanın məktəbdə pul yığdığını iddia edən bəzi valideynləri məhkəməyə vermişdi. Hər iki məhkəmədə qalib gələn Rza Rzayev iddia edir ki, məktəbin direktoru və yanındakı şəxs ona qarşı ağır söyüşlər söydüyü üçün direktora fiziki təzyiq göstərib.

Femida.az

Açar sözlər: #nazir   #rza_rzayev   #məkətbə   #direktor   #məhkəmə  

Oxunub: 1049