81 yaşlı erməni Rusiya səfirliyinin qarşısında özünü yandırdı


15:33     21 Noyabr 2018 18_11_21_1542800045.jpg


Ermənistanın 81 yaşlı vətəndaşı Nəriman Muradyan Rusiyanın İrəvandakı səfirliyi önündə özünü yandıraraq intihara cəhd edib.

Femida.az “Shamshyan.com”a istinadən xəbər verir ki, insident ötən gün baş verib. Belə ki, Tavuş əyalətinin sakini olan qoca kişi əlində benzin doldurulmuş butulka və kibritlə səfirliyin binası önünə gələrək özünü yandırmaq istəyib.
Lakin hadisə yerinə gələn polis intihar cəhdinin qarşısını ala bilib. Daha sonra Muradyan polis məntəqəsinə aparılıb.

Polisdə dindirilmə zamanı 81 yaşlı erməni bildirib ki, onu intihara vadar edən səbəb ağır sosial vəziyyətidir. Muradyanın sözlərinə görə, ahıl olmasına baxmayaraq dövlətin qayğısından kənarda qalıb, özü isə səhhəti ilə əlaqədar işləyə bilmir. Nəticədə normal yaşayışı üçün heç bir imkanı qalmayıb.

İnsidentlə bağlı İrəvan polisi müvafiq materiallar hazırlayır.

Femida.az

Açar sözlər: #erməni   #Rusiya   #səfirlik  

Oxunub: 783