DİN-dən aktyorla məktəb direktorunun davası barədə AÇIQLAMA


15:35     21 Noyabr 2018 2018/11/8db3def1-a9ac-45d7-8438-c6ba0d71925a_1542799854.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentə münasibət bildirib.


Femida.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb:

“Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub. Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında mübahisənin görüntüləri yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Məlumatda direktor Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halı pislənilir:

"Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır”.

Femida.az

Açar sözlər: #kriminal  

Oxunub: 886