“Priora” ağaca çırpıldı, sürücü və sərnişin öldülər


16:27     21 Noyabr 2018 18_11_21_1542803907.jpg


Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Femida.az-a verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə xəstəxanada ölüblər.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 437


Oxşar xəbərlər