Bakıda daha bir avtobus qəzası - 3 nəfər xəstəxanalıq oldu
16:39 21 Noyabr 2018
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Femida.az-ın Trend-ı istinadən məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.
Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib.
Femida.az
Oxunub: 475
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb