Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər


17:35     21 Noyabr 2018 2018/11/3e65c5b9-98aa-48a7-93af-b6a60d625b5b_1542808245.jpg


Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.

Femida.az Report-a istinadən xəbər verir ki, hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.

Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız - Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.

Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edə bilərlər.





Femida.az

Açar sözlər:

Oxunub: 505