Milli Təhlükəsizlik Şurası ləğv olundu - Gürcüstanda


18:34     21 Noyabr 2018 18_11_21_1542810280.jpg


Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub.

Femida.az Report-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.

Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.

Gürcüstan Prezidentinin parlament üzrə nümayəndəsi Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaradılmayıb.

Qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın həmçinin ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi.

Femida.az

Açar sözlər:

Oxunub: 419